İçərişəhərdə nəqliyyatın sayının artması abidələrə ziyan vurur. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“İctimai iaşə obyektləri, hotellərin sayının 40-dan 200-ə çatdırılması burada nəqliyyatın sayını artırır, tarixi obyektlərin zədələnməsinə səbəb olur”, - deyə Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.
O, həm tarixi abidələrin qorunması, həm də sahibkarlara dəstək olmaq üçün addımların atıldığını qeyd edib.