top
Rus sektorunda təhsil alan şagirdlər Azərbaycan dilində niyə danışa bilmirlər? – ÖZƏL AÇIQLAMA
09 dekabr 2024, 06:25
- ↺ +

Rus sektorunda təhsil alan şagirdlər Azərbaycan dilində niyə danışa bilmirlər? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar cəmiyyətimizi narahat edən məsələlərdən biri də rus sektoru üzrə təhsil alan uşaqların Azərbaycan dilində danışa bilməməsidir. Bu, ciddi bir problemə çevrilib.

Rus sektoru məktəblərində tədris rus dilində olduğu üçün, uşaqlar gündəlik həyatlarında və təhsil prosesində Azərbaycan dilini istifadə etmirlər. Bu, onların Azərbaycan dilində kommunikasiya bacarıqlarının zəifləməsinə gətirib çıxarır.

Bununla yanaşı rus sektorunda Azərbaycan dilini tədris edən müəllimlərin ana dilini yaxşı bilməməsi ciddi bir problemdir və təhsil sisteminin effektivliyinə mənfi təsir göstərir. Rus sektorunda çalışan müəllimlər bəzən Azərbaycan dili ilə bağlı xüsusi təhsil almamış, yalnız ümumi pedaqoji təhsili olan şəxslər ola bilər. Bu da onların dil bacarıqlarının inkişafını məhdudlaşdırır.

Bəs görəsən, bu tendensiyanın qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir? Rus sektorunda təhsil alan övladlarımızın Azərbaycan dilini mükəmməl bilməsi üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, rus dilində təhsil almaq ailələrdən asılı məsələdir:

[caption id="attachment_161804" align="alignnone" width="750"]Ceyhun Məmmədov Ceyhun Məmmədov[/caption]

“Son zamanlar rus dilində təhsilə meyil artıb. Bu məsələ ciddi ölçülüb-biçilməlidir. Rus dilində təhsil alan gənclərin əksəriyyətinin Azərbaycan dilinə danışa bilməməsi fikri ilə razılaşmıram. Bu gün yeni bir nəsil yetişir. Onlar artıq ingilis dilində danışır. O məsələni nəzərə almalıyıq ki, bu gün bizə rus dilində təhsil alan və rus dilini dərindən bilən gənclər də lazımdır. Məktəblərdə rus dilində tədrisi qadağan etmək olmaz. O zaman bu dili bizə kim tədris edəcək? O zaman informasiya mübadiləsini rus dilində necə aparacayıq? Bu məsələyə bir qədər fərqli yanaşmağı bacarmalıyıq”.

C.Məmmədov əlavə edib ki, əgər ailənin övladı rus dilində təhsil alırsa, valideynlər çalışmalıdır ki, evdə övladı Azərbaycan dilində danışsın:

“Ən azı valideyn övladı ilə Azərbaycan dilində danışsın. Bunu da nəzərə almalıyıq. Azərbaycan dilində danışa bilməməsi xoşagələn bir şey deyil. Amma eyni zamanda biz onu da nəzərə almalıyıq ki, rus dili də lazımdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, məktəblərdə uşaqların hansı sektorda təhsil almasından asılı olmayaraq, onlar Azərbaycan dilini, tarixini və ədəbiyyatını mütləq şəkildə öyrənməlidirlər:

[caption id="attachment_161805" align="alignnone" width="640"]İlqar Orucov İlqar Orucov[/caption]

“Ola bilsin ki, şagirdlərin əksəriyyəti dərs proqramlarının məzmununu lazımınca mənimsəməyiblər. Bizim şagirdlərimiz Azərbaycan dilini, Azərbaycan tarixini və ədəbiyyatını bilməlidirlər. Məktəbin missiyası gələcək üçün vətəndaş və layiqli şəxsiyyət yetişdirməkdir. Burada məktəblərin üzərinə böyük missiya düşür. Bütövlükdə bu fənlər keyfiyyətli tədris olunmalıdır”.

“Hesab edirəm ki, valideynlər bu məsuliyyəti dərk etməlidirlər. Müəllimlər qeyd olunan fənləri tədris edirlərsə, onunla bağlı bilikləri var. Narazılıq varsa, bu, Elm və Təhsil nazirliyinin səlahiyyətində olan məsələdir. Həqiqətən, narazılıq varsa, nəzərə alınmalıdır. Dərslərin keyifyyəti bərpa olunmalıdır”, - deyə İ.Orucov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər