Yelena Malışeva Bakıya gəlib. Bu haqda tanınmış aparıcı öz İnstagram səhifəsində paylaşım edib.
Onun olduğu təyyarə axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava limanına eniş edib.
Hoteldə güllərlə qarşılanan Malışeva paytaxta səhiyyə kanalının dəvəti ilə gəldiyini bildirib. Onun, ali tibb təhsil ocaqlarında və klinikalarda həkimlərlə görüşləri nəzərdə tutulub.
O, Bakıda iki günlük səfərdədir.