Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Bu haqda bu gün, 8 iyun tarixində Kriminalqafqaz məlumat verir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polkovnik-leytenant Elman Pərlanov Səbail Rayon Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla Parlanov Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsinin rəis müavini təyin edilib.
Bundan əvvəl Parlanov Çevik Polis alayında komandir vəzifəsini tutub.