Bakıda bəzi işıqforlar və yol nişanları sürücüləri çaş-baş salır. Bu haqda 27 iyun tarixində Bakuplus.az məlumat verir.
Sürücülərin narazılığına yol açan məqamlardan biri bəzi hallarda yol nişanlarının qarşısında olan maneələrdir. Çünki yollarda yol nişanları sürücülər tərəfindən görülmür. Buna səbəb bu nişanların ağacın budaqlarının arasında qalmasıdır. Ağaclar böyüyüncə, qol-budaq atınca, həmin nişanlar da görünməz olurlar.
Məsələn, Yasamal rayonu, Mətbuat prospektində olan işıqfor ağacın bir budağına çevrilib, yarpaqların arasında gizlənərək görünməz olub. Nəticədə bu vəziyyət yolda hərəkət edən sürücülərə ciddi maneə törədir, hətta qəzalara səbəb olur.
Sürücülər deyir ki, yalnız bir neçə saniyə diqqətlə baxdıqdan sonra orada işıqfor olduğunu görmək mümkündür.
Buna bənzər mənzərə Səbail rayonu, Badamdar qəsəbəsində, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində və başqa ünvanlarda müşahidə olunur.
[URIS id=50031]