17:12 Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən "Toyota Prius" sürücüsünün kimliyi müəyyən olunub.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
Görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T.Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə aparılıb.
"Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb".
10:36 Səkidə dayanaraq taksi gözləyən qadına qarşı başqa bir sürücü qeyri-etik hərəkətlər edib.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü yol kənarında dayanan xanıma qarşı cinsi qısnama edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Patrul.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılır, həmin şəxslə bağlı tədbir görüləcək.