Sabah, 24 aprel saat 05:00-dan 06:00-a kimi Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu haqda Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Məhdudiyyətlər magistralın 14-cü kilometrliyində yerüstü piyada keçidinin quraşdırılması ilə əlaqədardır.
Sürücülərdən diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.