Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.