Uzun illər yüksək vəzifələrdə işləmiş şəxs vəfat edib.
Bakuplus.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, müxtəlif dövlət vəzifələrində çalışmış, müstəqillik illərində 15 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin birinci müavini olmuş Nadim Qazıbəyov 91 yaşında dünyasını dəyişib.
Prezidentin fərdi təqaüdçüsü olan N.Qazıbəyovun xəstəlik səbəbindən vəfat etdiyi qeyd edilib.