Noyabrın 3-ü Bakıda koronavirus xəstəsi saxlanılıb.
Report-a istinadən Sabunçu rayonunda ictimai yerdə koronavirus xəstəsi Bakı şəhər sakini R.Qarayev saxlanılıb. Məlum olub ki, onun ev şəraitində müalicə almağına baxmıyaraq icazəsi olmadan yaşadığı evi tərk edib. Polis əməkdaşları xəstəni müalicə təyin olunan ünvana çatdırıblar. Qarayev barəsində cinayət qanunvericiliyinə uyğun olaraq tədbir görülüb.
Aktiv koronavirus xəstələri karantin qayadalarını pozduğu halda, onlar 2500 manatdan 5000 manatadək cərimə və üç ilədək müddətə ya azadlığın məhdudlaşdırılması, ya da azadlıqdan məhrum etmə ilə cəzalandırılır.