Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 3 dekabr tarixində Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.
Uzunluğu 3,2 km olan küçədə yağış-kanalizasiya sistemi bərpa olunub, yeraltı kommunikasiya xətləri təkmilləşdirilib. Piyada səkiləri yaradılıb, bordürlər yenilənib.
Həmçinin, Avtomobil yollarına yeni asfalt-beton örtüyü döşənib, yol nişanları quraşdırılıb, eləcə də, parking yerləri təşkil olunub.
Cari il ərzində Sabunçu rayonunda ümumi uzunluğu 9 km olan qəsəbədaxili küçə və avtomobil yolları təmir edilib.
[URIS id=18064]