Bakıda şəhər sakini G.Muradovanın çantasından sənədlər ilə pulqabısını soyğunçuluq etdikdə sübhəli bilinən şəxs saxlanılıb. Əməliyyət Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşları tərəfinən keçirilib. Bu haqda AZƏRTAC məlumat verib.
Saxlanılan əvvəllər məhkum olunmuş İ.Əliyev daha iki talamaqda sübhəli bilinir. Aparılan tədbirlərdə onun A.Mirzəyeva və N.Əliyevanın çantalarından da pul və sənəd oğurlaması müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.