Paytaxtın Sabunçu rayonundakı yolların təmir-bərpa işləri ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə 27 iyul tarixində APA xəbər verib.
Sərəncama əsasən, Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması üçün dövlət büdcəsindən 7,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.