Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Bu barədə Bakuplus.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət təkrar polietilen paket emalı sexində 30 m² sahədə paket yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.