top
Sarayda məktəb dərdi: “Həm özümüz, həm də uşaqlarımız küçələrdə qalmışıq” - VİDEO
07 yanvar 2025, 06:12
- ↺ +

Sarayda məktəb dərdi: “Həm özümüz, həm də uşaqlarımız küçələrdə qalmışıq” - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəb artıq 2 ildən çoxdur ki, təmirə bağlanıb. Buranın şagirdləri Corat qəsəbəsində yerləşən məktəblərdən birində təhsillərini davam etdirirlər. Ən böyük çətinlik də elə bundan başlayır. Valideynlər bildirir ki, məktəbin uzaq olması həm onlara, həm də övladlarına ciddi problem yaradır.

Musavat.com-a danışan valideyn Dürdanə Əliyeva deyir ki, 3 övladı var və onların dərs növbəsi fərqli saatlardadır. Buna görə də uşaqlarını məktəbə aparıb gətirməkdə çətinlik çəkir.

“Uşaqlarımız Corat məktəbində oxuyurlar. Övladımın birinin dərsi başlayanda digərinin dərs saatı bitir. Mən məcburam ki, 5 yaşlı uşağımı evdə tək qoyub Corata onların arxasınca gedim. Ev üzü görmürük. Bütün günü çöllərdə qalmışıq. Uşaqlar Coratdan Saraya gəlincə axşam 8 olur. Yorğun uşaq evə gəlib nə dərsi oxusun, günü yollarda keçir. Saraydakı məktəbimizin təmiri bitsəydi, onları dərsə aparıb gətirmək asanlaşardı, həm də özləri yollarda yorulmazdılar. Bu məktəb Sarayda yaşayan hər kəsə yaxındır. Övladlarımız axı niyə enerjilərini yollara həsr etməlidirlər”, - deyə o bildirib.

Valideynləri məktəbin təmirinin nə zaman bitəcəyi maraqlandırır. Onlar təhsil ocağının tezliklə təhvil verilməsini istəyirlər.

“Biz məktəbimizin təmirinin tez başa çatmasını istəyirik. Müəllimlər də yollarda qalıb, hamısı Sarayda yaşayır. Danışılası dərd deyil. Aidiyyəti qurumlara məktub yazıb təmirlə bağlı maraqlanmışıq, amma hansısa cavab almamışıq. Məktəbin direktoru bildirir ki, təmir işlərinin fevral ayında bitməsi gözlənilir. Ona da ümidimiz yoxdur. Məktəbi hasarlayıblar, orada hansısa işin getdiyini görmürük”, - deyə onlar müraciətlərində bildiriblər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər