SOCAR işlərin görülməsini məhdudlaşdırıb. Bu haqda 6 may tarixində Marja.az məlumat verib.
SOCAR təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərini təxliyə edib.
"Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb", - şirkət bildirib.
Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır və mövcud vəziyyət nəzarət altına götürülüb.