"Dənizçi Günü" ilə əlaqədar "I love sea" fləş-mobu keçirilib. Bu haqda 24 iyun tarixində seanews.az məlumat verib.
Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbələrinin iştirakı ilə "Suraxanı" gəmi-muzeyinin önündə "I Iove sea" (Mən Dənizi Sevirəm) fləş-mobu keçirilib.
Fləş-mob 25 iyun - Dəniz Günü ərəfəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən təşkil olunub.