Paytaxtın Suraxanı rayonunda yaşayan şəxs itkin düşüb. Bu haqda bu gün, 29 oktyabr tarixində Report məlumat yayıb.
54 yaşlı Telman Cəfərov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Onun boyu 162 santimetrdir. Əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
T.Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda çətinlik çəkir.
Qeyd olunan şəxsi görənlər DİN-nin qaynar xəttinə zəng etməkləri xahiş olunur.