top
Tanınmış biznesmen həbs edildi
26 yanvar 2025, 22:51
- +

Tanınmış biznesmen həbs edildi

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.

“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə də şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

Son xəbərlər

Xəbər
Bu gün, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Bu gün, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Bu gün, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Bu gün, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
07 sentyabr 2026, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Oxşar xəbərlər