top
Təyyarə qəzasında sağ qalan bələdçinin atası DANIŞDI - “Adını ölənlərin siyahısında oxudum”
26 dekabr 2024, 03:45
- ↺ +

Təyyarə qəzasında sağ qalan bələdçinin atası DANIŞDI - “Adını ölənlərin siyahısında oxudum”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan bələdçilərindən biri də Aydan Rəhimlidir. Əvvəlcə onun ölüm xəbərləri yayılsa da, sonradan bələdçinin xəstəxanadan görüntüləri yayılıb.

Əslən Zaqataladan olan, 1999-cu il təvəllüdlü Aydan Rəhimlinin atası Vaqif Rəhimli Bizim.Media-ya danışıb. O, qızının təyyarə qəzasına düşməsi xəbərini ilk olaraq mediadakı xəbərlərdən aldığını deyib:

“Qızımın adını ölənlərin siyahısında oxudum. Sonra oğlum zəng etdi ki, Aydanın olduğu təyyarə qəzaya uğrayıb, xəbəri eşitmisən? Dünya başıma uçdu. Sonradan dedilər ki, ekipaj üzvlərindən ikisi sağ qalıb. Onlardan biri də mənim qızımdır. AZAL-la əlaqə saxladım. “Qaynar xət”dən mənə məlumat verildi ki, qızınız normaldı, həkim müayinəsindədir”

Atanın sözlərinə görə qızı Ukraynanın Xarkov şəhərində Beynəlxalq əlaqələr üzrə ali təhsil alıb. Cəmi 4 aya yaxındır ki, AZAL-da çalışır:

“Sözün açığı, mən çalışırdım ki, o, təyyarə ilə çox uçmasın. Daha çox yaxın məsafələrə uçuşu olurdu. Xüsusən də Naxçıvana bir neçə uçuşu olub. Ona görə məhz sonuncu uçuşundan xəbərsiz idim”.

Ata qızı ilə bir dəfə telefon əlaqəsi qurduğunu deyib:

“Əslində qızımın yanına uçmaq istəyirdim. AZAL-dan bildirdilər ki, buna ehtiyac yoxdur, xəstə yaxınları xəstəxanaya buraxılmır. Mənə nömrə verdilər, qızımla danışdım. Ağlayırdı... Faciə gözləri önündə canlandığı üçün hələ də özündə deyil. İnsanların necə yandığını öz gözləri ilə gördüyünü deyib hönkürdü. Sarsıntı içindədir. Qızıma psixoloq da təhkim olunub. Bir neçə gün psixoloji dəstək göstərildikdən sonra ölkəyə gətiriləcək”, - deyə ata əlavə edib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər