Bakı Nəqliyyat Agentliyi sizi mayın 26-29-da keçiriləcək “Teknofest Azərbaycan” festivalına aparacaq avtobus marşrutlarının nömrələrini açıqlayıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az məlumat verir.
“Baku Crystal Hall”-da keçiriləcək festivala 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli avtobuslarla getmək mümkündür.
Mayın 26-29-da Azərbaycanda TEKNOFEST beynəlxalq aviasiya, kosmik və texnologiya festivalı keçiriləcək. Festival Türkiyə Texnologiya Komandası Fondu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.