“TeknoFest”-də ziyarətçilər virtual reallıq simulyatoru ilə təyyarədə uça biləcəklər. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Apa -ya istinadən xəbər verir.
Simulyasiyada Türkiyə istehsalı olan HÜRKUŞ və GÖKBEY hava nəqliyyatları ilə uçmaq mümkün olacaq.
Həmçinin sözügedən təyyarə və helikopterlər Bakı səmasında canlı şou göstərəcək.