top
Tofiq İsmayılovun 810 minlik işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
13 yanvar 2025, 23:13
- ↺ +

Tofiq İsmayılovun 810 minlik işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

İş üzrə iki nəfər - Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb.

İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.

Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.

[caption id="attachment_167383" align="alignnone" width="637"]Tofiq İsmayılov Tofiq İsmayılov[/caption]

Hazırda zərərçəkmiş şəxslər sonuncu qərardan narazıdırlar. Onlar hesab edir ki, dəymiş ziyandan heç nə ödənilmədiyi halda təqsirləndirilən şəxsin həbsdən azad edilməsi düzgün deyil. Həmçinin şəxsin istintaqdan yayınma ehtimalı da var.

Ağır cinayətdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasının əsaslarını öyrənmək üçün qafqazinfo.az Səbail Rayon Məhkəməsinə sorğu göndərib. Məhkəmədən sorğuya belə cavab verilib: “Təqsirləndirilən şəxs İsmayılov Mir Heydər Tofiq oğlunun ziyanı qismən ödəməsi və sağlamlıq vəziyyəti, habelə ürəyinə əməliyyat vasitəsilə cihazın yerləşdirilməsi məhkəmə tərəfindən nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsdən azad edilib”.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı qərardan artıq apellyasiya şikayəti də veriblər.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər