top
“Tüfeyli kimi hotellərdə qalmışdın” – Sabiq icra başçısının biznesmen oğluna ağır ittihamlar + FOTO
10 yanvar 2025, 02:45
- ↺ +

“Tüfeyli kimi hotellərdə qalmışdın” – Sabiq icra başçısının biznesmen oğluna ağır ittihamlar + FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zərdab və Mingəçevirin icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadə məhkəmədə ifadə verib.

Qafqazinfo.az məlumatına görə, eks-icra başçısının oğlu hakim qarşısına zərərçəkmiş qismində çıxıb.

Söhbət Babəli Babayevin 2 milyonluq əmlakını dələduzluqla ələ keçirməkdə ittiham olunan  “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimovun cinayət işindən gedir.

İttihama görə, Babəlinin 1 milyon manat vergi olub. Aruzla Ehtiram da ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda təqsirləndirilənlər Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. Bundan sonra Babəlinin onlara etibarnamə əsasında idarə etmə hüququ verdiyi ev və başqa əmlakı satıb pulunu ələ keçiriblər.

Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Deyirlər ki, əmlaklar keçmiş icra başçısının oğlunun istəyi ilə satılıb, pullar öz işlərinə xərclənib.

[caption id="attachment_166984" align="alignnone" width="637"] Lütvəli Babayev[/caption]

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda ifadə verən Babəli Babayev şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib: “Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb. Azərbaycanda qeyd edilənləri araşdırdım. Dedim ki, heç olmasa evimi geri qaytarın. 600 minlik evim Aruzun adında idi. Ev yoxdur. Gah dedi ki, 900 min manat vergiyə vermişəm, gah dedi ki, nişana vermişəm. Ortada heç bir sübut yoxdur. Soruşuram ki, obyekti hansı notariusda alqı-satqı etdirmisən? Demir. Yaxşı, 570 min manat hanı? Xahiş edirəm, pulu kimə verib desin. Bilmək istəyirəm, 2 milyon manat kimə və ya hara verilib?”

[caption id="attachment_166986" align="alignnone" width="637"]Aruz Əliyev Aruz Əliyev[/caption]

Zərərçəkmişin dedikləri təqsirləndirilən Ehtiram Kərimovu özündən çıxarıb: ”Düz danış, kəfənini əyninə geyinib gəlmişdin. Səni pis vəziyyətdən çıxardıq. Sənə etdiklərim gözündən gəlsin. Tüfeyli kimi hotellərdə qalmışdın. Bir ildir, mən burada girovam”.

Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova bu sözlərinə görə Ehtirama xəbərdarlıq edib.

İfadəsinin sonunda Babəli Babayev başına gələnlərdən sonrakı yaşayışından gileylənib: ”Onsuz da gedən gedib məndən. Ailə qura bilmirəm, rüsvay olmuşam. Bütün həyatım məhv oldu”.

Proses fevralın 6-da davam edəcək.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər