Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bakuplus.az-ın verdiyi xəbərə görə, Türkiyə Prezidenti bu barədə parlamentdəki çıxışı zamanı bildirib.
"Aktau şəhəri yaxınlarında Azərbaycan Hava Yollarına aid təyyarənin qəzaya uğramasını böyük kədərlə öyrəndik", - Ərdoğan qeyd edib.