top
Uşaq ölümlərinin 4 əsas səbəbi - PEDİATRDAN ÖZƏL AÇIQLAMA 
18 noyabr 2024, 06:02
- ↺ +

Uşaq ölümlərinin 4 əsas səbəbi - PEDİATRDAN ÖZƏL AÇIQLAMA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, 2023-cü ildə Azərbaycanda bir yaşınadək ölən uşaqların sayı 2039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Maraqlıdır, uşaq ölümlərinin sayı niyə artır, buna səbəb nədir? Həkim səhlənkarlığı, yoxsa...

Bu barədə Bakuplus.az-a açıqlama verən pediatr Elşən Tağıyev uşaq ölümlərinin səbəblərindən danışıb.

Onun sözlərinə görə, uşaq ölümü dedikdə, dünya statistikasında təkcə bir yaşa qədər uşaqların yox, beş yaşdan kiçik uşaqların ölümü nəzərdə tutulur:

“Yəni hər 1000 nəfərə düşən ölüm sayı təyin edilərkən beş yaşdan kiçik uşaqlar götürülür. Bu göstərici də Azərbaycanda 2021-ci ildə 19.1 təşkil edib,  2023-cü ildə hər 1000 nəfərə düşən ölüm sayı 18.1-ə enib. Yəni bu da hər ildə orta hesabla 2-3 faiz azalma deməkdir. Yəni ölüm saylarında artma yoxdur, beş yaşından kiçik uşaqların ölüm sayı Azərbaycanda ildən-ilə azalır.

Məsələn, Amerika Birləşmiş Ştatlarında bu rəqəm 6-dır. Yəni hər 1000 nəfərə altı ölən uşaq düşür. Ən aşağı göstərici isə İslandiya, Yaponiyadadır ki, onlarda da hər 1000 nəfərə iki ölüm sayı düşür. Yəni gördüyümüz kimi, bu göstəriciyə görə biz orta səviyyələrdə yer almışıq. 2020 illərdə ən yüksək göstərici - 1000 nəfərə 102-103 ölüm - Əfqanıstanda qeydə alınıb”.

Onun sözlərinə görə, uşaq ölümlərində əsas 4 səbəb var:

“O ki qaldı uşaq ölümlərin səbəbinə, burada əsas dörd göstərici var ki, bütün ölümlərin 50 faizi bunların payına düşür. Birinci yerdə anadangəlmə inkişaf qüsurları, genetik xəstəliklər dayanır. Ondan sonra tənəffüs yolları xəstəlikləri, infeksiyalar və doğuş travmaları. Yəni bunlar hamısı bir yerdə, bütün ölümlərin təqribən 50 faizini təşkil edir”.

Qeydiyyata gec düşürlər...

“Bir yaşdan kiçik uşaqların doğuş vaxtı ölüm səbəbi isə hamilə qadınların, xüsusən də bölgələrdə yaşayan anaların qeydiyyata gec düşməsi olur. Qeydiyyata düşdükdən sonra analizlər, ultrasəs müayinələr, yəni inkişaf qüsurlarını vaxtında müəyyən edən proseslər vaxtında aparılmır. Doğum evlərinə gec gəlir və patologiyaya uyğun olaraq düzgün mərkəz seçilmir. Bu səbəbdən də doğuş zamanı ölümlər baş verir.

Digər tərəfdən bölgələrimizdə kifayət qədər mərkəzlərin açılmasına, təchizatın kifayət qədər olmasına baxmayaraq əksik olan tərəflər var. Məsələn, ixtisaslı kadrlar kifayət qədər yoxdur. Uşaq ölümlərinin baş verməsinin səbəblərindən biri də budur. Yəni ümumi vəziyyət bundan ibarətdir”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər