top
Uşaq ölümlərinin sayı niyə artır? – PEDİATRDAN ÖZƏL AÇIQLAMA
13 yanvar 2025, 06:21
- ↺ +

Uşaq ölümlərinin sayı niyə artır? – PEDİATRDAN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər Azərbaycanda uşaq ölümlərinin sayı ictimaiyyətdə narahatlığa səbəb olub.

Rəsmi məlumatlara görə, ötən il ölkədə 2039 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.

Həmçinin 531 körpə ölü doğulub. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dır.

2025-ci ilin ilk 10 günlüyünü yaşayırıq. Lakin artıq bir neçə uşaq ölümü faktı var.

Bəs görəsən, ümumiyyətlə uşaq ölümlərinin səbəbləri nədir? Hansı xəstəliklərə daha çox rast gəlinir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, ən çox ölümlər perinatal dövrdə qeydə alınır:

[caption id="attachment_167329" align="alignnone" width="640"]Günay Rəsulova Günay Rəsulova[/caption]

“Uşaq ölümlərinin bir sıra səbəbləri ola bilər. Ən çox ölümlər perinatal dövrdə qeydə alınır. İnkişaf qüsurları, genetik ağır xəstəliklər və sindromlarla doğulan uşaqlar da bu hallarda olur.

Bəzən erkən bətndaxili keçirilən infeksiyalar nəticəsində ağır ürək xəstəliyi və inkişaf qüsurları ilə doğuş baş verir. İlk bir ayda olan ölüm halları sırf bu uşaqların payına düşür”.

G.Rəsulova qeyd edib ki, hamiləlikdə erkən diaqnostika çox önəmlidir:

“Hamiləlikdə müayinələr şərtdir. Erkən diaqnostikada inkişaf qüsurları zamanında aşkarlanır. Bu, doğumdan sonrakı dövrdə ölüm hallarının azalmasına səbəb ola bilir. Uşaq ölümlərinin ən əsas səbəbi infeksiyalardır. Peyvəndsiz uşaqlar ağır infeksiyalara yoluxurlar. Bu infeksiyaların müalicəsi yoxdur. Ancaq uşağın immuniteti bu infeksiyaların öhdəsindən gələrsə, uşaq sağ qalır, gəlməzsə, uşaq tələf olur.

Bəzi travmalar da uşaq ölümlərinin səbəbləri arasında yer alır, məsələn, yanıqlar. Ona görə də ailələr çox diqqətli və ehtiyatlı olmalıdırlar”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər