top
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” – Abasquliyeva + YENİLƏNİB
13 yanvar 2025, 06:03
- +

“400 nəfərin yerinə işləyə bilməzdim axı…” – Abasquliyeva + YENİLƏNİB

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdırması davam edib.

Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas yenə gərgin başlayıb.

Hadisə baş verən dövrdə Mərkəzin direktoru işləmiş Mehriban Abasquliyevanın vəkili TƏBİB-dən məhkəməyə şikayət edib.

Müdafiəçi deyib ki, onlar mütəxəssislə hadisə yerinə baxış keçirmək istəsələr də, onlara icazə vermirlər. Səbəb kimi isə məhkəmə istintaqının getdiyini göstərirlər:

“Bizə heç kim icazə vermir. Dərəbəylik edirlər. Basqın etməli deyilik ki…”, - müdafiəçi əlavə edib.

Hakim bəyan edib ki, baxışa maneə yaradılmamalıdır. Amma rəsmi sənəd olmadığı halda məhkəmə nə isə qərar qəbul edə bilməz.

Prosesin davamında təqsirləndirilən Mehriban Abasquliyevaya sərbəst ifadə vermək təklif edilib. Amma xanım müttəhim indiki mərhələdə danışmaq istəməyib.

Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin cavabının ifadədən imtina kimi qəbul edilməsini təklif edib.

Hakim də ittihamçının təklifini dəstəkləyib.

Bundan sonra eks-direktorun istintaq dövründə verdiyi ifadələrinin elanı başlayıb.

Mehriban Abasquliyevaya müstəntiqə deyib ki, yanğın başlayan vaxt evdə olub. Hadisə barədə ona mamaça zəng edərək məlumat verib: “Dərhal FHN-ə zəng etdim, tez evdən çıxıb iş yerinə yollandım. Yolun yarısında artıq havaya alov qalxdığını gördüm.

Müəyyən edildi ki, yanğın intensiv terapiya şöbəsində baş verib. Bundan əvvəl bir dəfə də qısaqapanma nəticəsində Mərkəzdə yanğın çıxmışdı. Həmin hadisənin qarşısı qısa müddətdə alındı. Mən cəmi 11 ay direktor işləmişəm. Halbuki məndən əvvəl eyni vəzifənin icrası 3 ilə yaxın Məryəm Rzayevaya tapşırılıb”.

O, ifadəsinin davamında özünü təqsirli bilmədiyini qeyd edərək deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı nasaz avadanlıqlar Məryəm Rzayevanın dövründən qalıb.

“Qalan sualları da o, cavablandırmalıdır. O, həmçinin məsul işçilərin də fəaliyyətindən şikayətlənərək, “400 nəfərin yerinə işləyə bilməzdim axı… Problemlər barədə mənə vaxtında məlumat verməli idilər”, - M.Abasquliyeva vurğulayıb.

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

***

14:03

"Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək hakimə bildirib: "Noyabrın 14-də sizə müraciət etmişəm mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirək. Bizi mərkəzə içəri buraxmırlar".

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Məsələyə münasibət bildirən dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsini xahiş etdi.

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb nəinki sonuncu ifadəsini onun verdiyi bütün ifadələri elan edib.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.

Xatırladaq ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, "Respublika Perinatal Mərkəzin" Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Qeyd edək ki, hər üç şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Son xəbərlər

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
08 sentyabr 2026, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
08 sentyabr 2026, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
08 sentyabr 2026, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər