Suraxanıda şəhidin ailə üzvlərinin yaşadığı növbəti küçə asfaltlanıb. Bu haqda 29 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 4120 kv.m sahədə asfalt örtüyü salınıb.