Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu haqda bu gün, 13 iyun tarixində APA məlumat verib.
Əmr daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.
Vəzifə baş inspektor, mayor Araz Əsgərliyə həvalə edilib.
Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxsi olub.