Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisində yeni təyinatla bağlı əmr imzalayıb. Bu haqda BakuPlus.az bu gün, 25 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinə birinci müavin təyin edilib. Bu vəzifəyə polkovnik-leytenant Eyvaz Şahverdiyev təyin edilib.
Eyvaz Şahverdiyev əvvəl Bakı şəhər DYP İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.