Bakıda "Şuşa İli" çərçivəsində "Azərbaycanım" V Respublika uşaq rəsm festivalı başa çatıb. Bu haqda BakuPlus.az bu gün, 4 iyun tarixində xəbər verir.
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin bağlanış mərasimi Xətai Sənət Mərkəzinin qarşısında açıq havada baş tutub.
Müsabiqədə:
1-ci yerə Fidan Hüseynli;
2-ci yerə Səyyarə Əhmədova, Həlimə Qaçabəyova və Səma Dəmirova;
3-cü yerə isə Arzu Cəfərova layiq görülüblər.
İştirakçılar, festival çərçivəsində elan olunmuş müsabiqəyə qatılmış və əsəri 18, 19, 20, 21 may tarixlərində sərgilənmiş əsərlər arasından seçilmiş 16-21 yaş aralığında olan yeniyetmə və gənclərdir.