Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb. Bu haqda 26 aprel tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında balıq ovlayan paytaxt sakini Simran İbrahimov saxlanılıb. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.