Əməliyyat zamanı canlı yayım açan məşhur lor cərrah Rauf Haqverdiyev rahat şəkildə ünvanlanan suala da cavab verməyə vaxt tapır.
Baku TV məsələ ilə bağlı adıçəkilən həkimlə əlaqə saxlayıb.
O, pasiyentlərinin razılığı olmadan canlı yayım açılmadığını bildirib. Lakin bu kimi halların xəstənin həyatını riskə atmaq olduğunu soruşduqda, suala cavab vermək istəməyib.
Maraqlıdır, xəstənin həyati təhlükəsini nəzərə almadan, əməliyyatxanadan birbaşa yayım açmaq nə dərəcədə doğrudur? Belə hallar hüquqi əsas yaradırmı? Ölkədə bu kimi hallara qarşı nəzarət necə həyata keçirilir?
Daha ətraflı süjetdə: