"NZS qəsəbəsində su xəttində baş vermiş hər iki qəza aradan qaldırılıb".
Bu barədə Bakuplus.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu məlumat verib.
**
Xətai rayonu, NZS qəsəbəsi Rəşid Bağırov küçəsində su xəttindəki qəza ciddi problemlər yaradıb.
Bu barədə Bakuplus.az-a NZS qəsəbəsi sakinləri məlumat veriblər.
Sakinlər deyirlər ki, küçəni su basıb, bu isə öz növbəsində xoşagəlməz mənzərə yaradır, piydaların və avtomobillərin hərəkətində çətinliklər olur. Şikayətçilərin iddiasına görə, problem bir neçə gündür yaransa da, tədbir görən yoxdur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib ki, rayon sukanal idarəsinin əməkdaşları həmin ərazidə olublar, tullantı su xəttində baş verən tıxanma aradan qaldırılıb, su xəttində də qəza var, hazırda xətdəki qəzanın aradan qaldırılması işləri aparılır.