Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.
Bu barədə Oxu.Az-a məlumat yayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.
O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb. Aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.