Yasamal rayon Polis İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
İdarənin rəisi, polkovnik-leytenant Həsrət Aslanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə polis mayoru Vüqar Məcidov təyin edilib. O, bundan əvvəl Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi vəzifəsində çalışırdı.