"Bakı Metropoliteni"nin "Bənövşəyi" xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək yeni stansiyanın birinci səviyyəsi inşa olunur. Bu haqda 24 noyabr tarixində Bakı Metropoliteni xəbər verib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşən 170 metr olan stansiyanın tikinti işləri üç zonaya bölünməklə aparılır. Hazırda birinci mərhələ çərçivəsində işlər davam edir.
İndiyə kimi görülən işlər:
- stansiyanın yerüstü sahədə örtük tavasının monolit dəmir-betonlama işləri tamamlanıb
- stansiya kompleksinin yerüstü qatında torpaq örtüyü hamarlanaraq, armatur-karkas elementləri yığılıb və betonlanıb
- kassa zalı səviyyəsində torpaq qazma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir
- kassa zalı səviyyəsində torpaq qazma işləri 80 % həcmində yerinə yetirilib
- armatur-karkas işləri tamamlanaraq, döşəmə tavasında hazırlıq qatının 100 metrə yaxın hissəsi, monolit dəmir-beton döşəmə tavasının isə 50,5 metri betonlanıb
- döşəmə tavasının növbəti 20,5 metrində armatur karkas işləri yerinə yetirilib və betonlamaya hazır vəziyyətə gətirilib
Şərti adı “B-04” olan stansiyada keçid eskalatorlar, əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər və pilləkənlər quraşdırılacaq.
[URIS id=15418]