Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Bakıya elektrik avtobusları gətiriləcəyi ilə bağlı söylədikləri marağa səbəb olub.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.
Ərşad Hüseynov hesab edir ki, burada əsas məsələ dayanıqlı və davamlı maliyyənin təminatıdır.
Nəqliyyat eksperti Yasin Mustafayev isə deyib ki, çeşidli nəqliyyat vasitələrindən istifadə etmək tıxacın qarşısını alan amillərdəndir. Lakin bəzi amillər nəzərə alınmalıdır.
Ekspert onu da əlavə edib ki, şəhərə yeni gətirilən elektrikli avtobuslar da trolleybusu əvəz edir.
Ətarflı “Xezerxeber”in videomaterialında: