Yetkinlik yaşına çatmayanlarla bağlı qərarlar təsdiqlənib. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2000 AZN cərimələnəcək, 2 ay müddətinə qədər həbs olunacaqlar.
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13.000 AZN-dək cərimələnəcəklər.
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər isə 2000 AZN-dək cərimələnəcək və 1 aya qədər həbs olunacaqlar.
Nikah yaşı üzrlü səbəblərdən də 1 il də azaldılmayacaq.
Qanun 1 iyul 2025-ci ildə qüvvəyə minir.