Bakı kənar dairəvi yolunda dəmir arakəsmələr bərbad gündədir. Bu haqda 6 may tarixində Oxu.az məlumat verib.
Bakı ərazisində yol boyu müəyyən məsafələrdə bir neçə yerdə yol-nəqliyyat hadisələrindən sonra dəmir arakəsmələr yararsız hala düşüb. Amma aradan uzun zaman keçməsinə baxmayaraq, həmin arakəsmələr bərpa edilməyib.
“Aidiyyəti şöbəyə məsələ ilə əlaqədar zəruri tapşırıqlar verilib. Yaxın günlərdə problem tam olaraq aradan qaldırılacaq”, - məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.