Bakı-Şuşa avtobus reyslərinin sayı artırılıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir.
İyun ayından etibarən sözügedən istiqamətdə reyslər həftədə 5 dəfə təşkil olunacaq.
Biletləri http://www.yolumuzqarabaga.az/ saytından almaq mümkündür.
Həmçinin qurum qeyd edir ki, Şuşa istiqamətində “turlar”ın təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.