top
Zirəddin Rzayev: “Təhlükəli viruslar dünyanı əhatə edəcək” - ÖZƏL MÜSAHİBƏ
27 dekabr 2024, 23:28
- ↺ +

Zirəddin Rzayev: “Təhlükəli viruslar dünyanı əhatə edəcək” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü il artıq başa çatmaq üzrədir. Hər il olduğu kimi bu gün də hamını maraqlandıran bir sual var: növbəti ildə bizi nələr gözləyir?

Bakuplus.az-ın əməkdaşı Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- 2024-cü illə vidalaşmağımıza sayılı günlər qalır. Hər kəsi maraqlandıran bir sual var: 2025-ci ildə bizi nələr gözləyir?

- 2025-ci il odlu-alovlu ildir. Vulkan püskürmələri, sunami və zəlzələlər ili olduğunu deyə bilərəm. İlin yaxşı tərəfi odur ki, bu il yeni ideyalar, düşünən insanların, çalışan beyinlərin və yeni ixtiraların ilidir.

- Gələn ilin daha nə kimi özəlliyi olacaq?

- İlin xarakteri çox aqressivdir, mən bunu məhz təbii fəlakətlər baxımından söyləyirəm. Ələlxüsus də sakit və dinc həyat tərzi sürən qərb və Avropa da bu il qorxu içində olacaq.

- Hansı ölkələrin problemləri daha çox olacaq?

-  Hazırda gərginlik  Rusiya-Ukrayna, İsrail-Fələstin və Suriyada baş verən hadisələrdir. 2025-ci ildə bu gərginliklər qeyri-stabil olaraq qalacaq. Ancaq 2026-cı il təəssüf ki, müharibələr ili olacaq.

- Qarşıdan gələn ildə inflyasiya gözlənilirmi?

- Rusiya-Ukrayna gərginliyini nəzərə alsaq, 2025-ci ildə inflyasiya olmalıdır. Ancaq mən bunun böyük inflyasiyaya gətirib çıxaracağını görmürəm.

- 2024-cü il ilə bağlı gözləntilərinizin hər biri oldumu?

- 2024-cü il üçün verdiyim proqnozlar göz qabağındadır. Buraya Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gələcəyi, Fətullah Gülənin öz əcəli ilə öləcəyi, 2024 və 2025-ci ilin vulkanlar və zəlzələlər illəri olması, itkin düşmüş Narin Güranla bağlı Diyarbəkir polisinə verdiyim önəmli məlumatlar, Amerikada və Qərbdə UNO-ların meydana çıxmaları və bir çox proqnozlar özünü dəqiqliklə doğrultdu.

Donald Trampın yenidən prezident seçiləcəyi mövzusunda isə yanıldım. Ancaq burada da bəzi məqamlar var ki...

- Zirəddin bəy, gələn il hansı məşhurlar təhlükədədirlər?

- Məşhurlarla bağlı proqnozlar vermək istəmirəm. Bir onu deyə bilərəm ki, məşhur incəsənət xadimlərindən biri dünyasını dəyişəcək və o, kişi cinsidir.

- Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu haqda nə deyə bilərsiniz?

- Çox kədərləndim, doğrudan da kədərli hadisədir. Bu hadisə ilə bağlı mən gündəmə gəlmək istəmirəm. Amma 2022-ci ilin avqust ayında Azərbaycan üçün təyyarə qəzası görmüşdüm. Bunu “Instagram” səhifəmdə də paylaşmışam. Allah həlak olanlara rəhmət etsin.

- Yaxın Şərq və ya Avropada münaqişələr gözlənilirmi?

- Çox təəssüf ki, yaxın Şərq hələ odda çox yanacaq.

- Hər hansısa bir xəstəliklər gözlənilirmi?

-  Rusiya-Ukrayna gərginliyi bitdikdən sonra yeni təhlükəli viruslar dünyanı əhatə edəcək.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Oxşar xəbərlər