Bakı şəhəri, Ziya Bünyadov prospektində, Atatürk prospekti ilə kəsişmənin yaxınlığında (körpüyə qalxan hissə), 20 Yanvar dairəsi istiqamətində yol qəzasına görə tıxac müşahidə olunur. Bu haqda məlumatı bu gün, 24 iyun tarixində saat 15:00 radələrində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib.
Sürücülərə alternativ yollardan istifadə etmələri, sərnişinlərə isə metrodan istifadə etmələri və sözügedən hissədə hərəkətdən çəkinmələri tövsiyə olunur.