Xətai Sənət Mərkəzində akvarel sənəti üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Ustad dərsi akvarelçi-rəssam Pərviz Əliyevin iştirakı ilə baş tutacaq.
Proqram aşağıdakı kimi olacaq:
- Materiallar və alətlər haqda ümumi məlumat;
- Süjet seçimi və kompozisiyanın qurulma əsasları;
- Rəng-ton analizi və onun kompozisiya ilə əlaqəsi;
- İşin mərhələlərə bölünməsi;
- İşin həcmi-fəza həllində akvarelin rəsm texnikasının seçimi və əhəmiyyəti;
- İşin detallaşdırılma səviyyəsi və tamamlanması.
Tədbir 26 noyabr saat 15:00-da Xətai Sənət Mərkəzində baş tutacaq. İştirak ödənişsizdir.
Qeydiyyat üçün @iws_azerbaijan İnstagram səhifəsi ilə əlaqə saxlamaq lazımdır.