Bakının iki rayonunda baş vermiş yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb. Bu haqda bu gün, 16 iyul tarixində Report məlumat verib.
Xətai rayonu ərazisində 34 yaşlı Şəlalə Süleymanova yolu keçərkən onu avtomobil vurub.
Xəzər rayonu, Binə qəsəbəsində yolu keçən 29 yaşlı Fikrət İsayevi avtomobil vurub.
Hər iki yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktlarla bağlı araşdırmalar aparılır.