Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, yanvarın 16-da rayon ərazisində bir yeniyetmənin mobil telefonunu quldurluq yolu ilə talanıb.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş Emil Şıxəliyev saxlanılıb.
Əlavə olaraq, baxış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.