Xətai rayonunda əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Keçiriləcək yarmarkada 25 müəssisə tərəfindən 600 vakansiya təqdim olunacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarka 14 iyul saat 10:00-13:00 arası Xocalı prospekti, 64 ünvanında, “IBIS Baku City Hotel”də baş tutacaq.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.