Bakının Yasamal rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə oktyabrın 21-də qeydə alınıb. Orxan Hüseynov idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçmək istəyən piyada Samir Əhmədovu vurub. Sonuncu aldığı xəsarətlərdən 5 gün sonra Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanıb.