Azərbaycan Texniki Universitetinin İdman Sarayında əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Tədbirdə 80 müəssisə tərəfindən 900 vakansiya təqdim olunacaq. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə bildiriləcək.
Yarmarka aprelin 17-də saat 10:00-13:00 arası baş tutacaq. Giriş sərbəstdir. Ünvan: Yasamal rayonu, Ayna Sultanova küçəsi, 13.